Прайм Аудит > Законодательство > Постановления и распоряжения Кабинета Министров > Об утверждении «Критериев деятельности в нефтегазовой сфере и негосударственном секторе»
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
QƏRAR No 56
Bakı şəhəri, 18 fevral 2019-cu il
“Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi
haqqında
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında”
Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun
tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası
Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli
393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.2.1-ci yarımbəndinin
və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli
Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli
568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli
Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektoru- nun Meyarları” təsdiq edilsin
(əlavə olunur).
2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezi- dentinin 2002-ci il 24 avqust
tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-
1-ci bəndinə uyğun edilə bilər.
3. Bu Qərar 2019-cu il yanvarın 1-dən tətbiq edilir.
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2019-cu il 18 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun
MEYARLARI
1. Ümumi müddəalar
1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 101.1-4-cü maddəsinə
və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.7-ci maddəsinə
uyğun olaraq neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarını
(bundan sonra – Meyarlar) müəyyən edir.
1.2. Bu Meyarlarda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının digər normativ
hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.
2. Meyarlar
2.1. Neft-qaz sahəsində fəaliyyətə dair Meyarlar aşağıdakılar-dır:
2.1.1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və onun strukturuna daxil olan
müəssisələr, habelə hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər
bu qəbildən olan sazişlər üzrə podratçılar və əməliyyat şirkətləri fəaliyyət növündən asılı
olmayaraq tam tərkibdə;
2.1.2. bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə xidmət göstərən xarici və
yerli subpodratçılar:
2.1.2.1. mövcud subpodratçılar üzrə – bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən
şəxslərə təqdim olunan mal, görülən iş və göstərilən xidmətlərə görə əvvəlki təqvim ili
ərzində əldə olunan illik gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi məcmu illik gəlirlərin
50 faizindən çox olduğu təqdirdə;
2.1.2.2. il ərzində yeni yaradılacaq subpodratçılar üzrə – yeni yaradılan subpodratçı ilin
əvvəlindən bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə mal təqdim etməyə,
iş görməyə və xidmət göstərməyə başladığı ayadək əməkhaqqından gəlir vergisini
güzəştli dərəcələrlə tətbiq edir. Təqvim ili ərzində bu Meyarların 2.1.1-ci yarımbəndində
göstərilən şəxslərlə müqavilə bağlayan subpodratçıların ilin əvvəlindən artan yekunla
cəmi gəlirlərində (xərclər nəzərə alınmadan) həmin müqavilələr üzrə gəlirlərin (xərclər
nəzərə alınmadan) xüsusi çəkisi 50 faizdən çox olduğu təqdirdə, növbəti ayın 1-dən
etibarən təqvim ilinin sonunadək güzəşt hüququnu itirir (növbəti aylar üzrə artan yekunla
gəlirlərin (xərclər nəzərə alınmadan) nisbətindən asılı olmayaraq). Növbəti ildən mövcud
subpodratçı kimi bu Meyarların 2.1.2.1-ci yarımbəndində qeyd olunan meyar əsas
götürülür.
2.2. Qeyri-dövlət sektoru – dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə
təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər
orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və
ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər və vergi
ödəyicisi olan fiziki şəxslər.
Add comment

Add comment

Кликните на изображение чтобы обновить код, если он неразборчив